Koronavirusu gizli keçirənlərdə...

 23:59 03.01.2021     411

Britaniyada Kraliça Mariya Universitetinin alimləri yüngül və ya gizli formada koronavirusa yoluxanlarda uzun müddətli immunitet yarandığını sübut ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatçılar anticism və T-limfositlər üçün 136 səhiyyə işçisindən götürülən qan nümunələrini analiz ediblər. Analiz götürülən şəxslər 2020-ci ilin martından bəri koronavirusa yüngül yoluxanlar və ya simptomsuz keçirən insanlar olub.

Səhiyyə işçilərinin 89 faizində yoluxmadan 16-18 həftə sonra virusu zərərsizləşdirən anticismlərə sahib olduqları ortaya çıxdı. Onların əksəriyyətində virusun fərqli hissələrini hədəf alan T-hüceyrələri görünüb.

Bəzi insanlarda T-limfositləri olub, lakin anticismlər olmayıb, bəzilərində isə əksinə.

Bununla birlikdə, səhiyyə işçilərinin 66 faizində yüksək səviyyədə qoruyucu anticismlər qeydə alınıb.

T-hüceyrə reaksiyaları klassik COVID-19 simptomları olan insanlarda daha çox özünü göstərməyə meyillidir. Simptomsuz yoluxma isə daha zəif T-hüceyrə immuniteti ilə nəticələnib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən