Koronavirusdan daha dəhşətli virus yayılır - HƏKİM AÇIQLADI

 10:31 05.01.2021     976

Dünya əhalisi koronavirus qədər sürətlə yayılan və Ebola qədər ölümcül olan "Xəstəlik X"in təsiri altında qalacaq.

Redaktor.az xəbər verir ki, 1976-cı ildə Ebola virusunun kəşf edilməsində xidmətləri olan professor Jan-Jakis Muyembe Tamfum bəşəriyyətin yeni epidemiya ilə qarşı-qarşıya olduğunu bildirib. 

ABŞ mətbutatında yer alan xəbərə görə, professor Afrikanın tropik meşələrində yeni və ölümcül virusların yarandığını iddia edib:

"Yeni patogenlərin ortaya çıxdığı bir dünyada yaşayırıq, bu, insanlıq üçün ən böyük təhlükədir".

Yeni virusların koronavirusdan daha sürətlə yayıldığı və ölümcül olduğu diqqətə çatdırılıb.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən