İmmuniteti necə gücləndirmək olar? - KORONAVİRUS

 09:25 06.01.2021     851

Pandemiya dönəmində immun sisteminin güclü olmasının vacibliyi bir daha hərkəsə bəlli olub. Hüceyrə və orqanlardan ibarət olan bu qarışıq şəbəkə bədənimizin infeksiya və xəstəliklərə qarşı istifadə etdiyi ən önəmli silahıdır. 

Redaktor.az xəbər verir ki, İsrailin Texnologiya İnstitutunun immunologiya professoru Şai Şen-Orr BBC-yə açıqlamasında bildirib ki, bəzi insanlar yaşı 80 olsa da, 62 yaşlı birinin immun sisteminə sahib ola bilərlər:

"Eyni zamanda, bunun əksi də ola bilər. İnsanların immun yaşı mövcud xəstəliklərin müalicəsinin nəticəsindən də asılıdır. İmmun sistemində olan 18 hüceyrənin quruluşunu və qanın tərkibindəki genlərin durumunu araşdıraraq bir şəxsin immun sisteminin qocalmasının hansı mərhələdə olduğunu görə bilərik. Həmçinin, immun sisteminin zəifləməsinə səbəb olan amillər arasında cinsiyyət faktrı da önəmli rola malikdir. 

Professor Janet Lord isə bildirib ki, uzun müddət oturmağın bədənə göstərdiyi mənfi təsir siqaret içməklə eyni gücə malikdir.:

"Aktiv həyat tərzinə sahib insanlarla aparılan araşdırmalarda inanılmaz nəticələr əldə edilib. Bu insanların daha çox xoşxassəli hüceyrələrə sahib olması və boyun altı vəzlərinin də kiçilmədiyi aşkar edilib. Aparılan araşdırmalarda insanların gün içərisində atdığı addımlar da araşdırılıb və bu zaman gündə 10 min addım atanların daha cavan hüceyrələrə sahib olduğu bəlli olub.

İmmun sisteminin güclü olması insanın aktiv olmasından, idman vərdişlərindən asılıdır. Arabir ayağa qalxmaq, əyilib-qalxmaq, ayaq barmaqlarına toxunaraq dartınmaq, pilləkən qalxmaq və yüngül alətlərdən istifadə etmək də bədənin sağlam qalmasına yardımçı olur. İmmun sistemini gücləndirmək, sağlam, gümrah qalmaq üçün sadəcə hərəkət edin. Nə qədər aktiv, hərəkətdə qalsanız, bir o qədər xeyirdir".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən