Azərbaycanda yoluxma sayı artdı - COVID-19
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktyor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 221 min 401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199 min 213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.
Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2 mln. 222 min 629 test aparılıb.












