Çin alimlərə növbəti dəfə mane oldu - KORONAVİRUS BİLƏRƏKDƏN YAYILIB

 13:13 06.01.2021     225

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ay Çinə koronavirusun mənşəyini araşdırmaq üçün getməsi planlaşdırılan 10 nəfərlik qrup üçün giriş icazəsinin verilmədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Çin virusun mənşəyini gizlətməkdə və virusla bağlı öz nüfuzunu beynəlxalq ictimaiyyətə tətbiq etməkdə günahlandırılıb. Rəsmi Pekin isə ÜST mütəxəssislərinin ölkəyə gələ bilməməsinin yalnız viza ilə əlaqəli olmadığını bildirir.

Bu cür hallar Çində virusun mənbəyinin ört-basdır olunması ilə bağlı şübhələri alovlandırır.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus beynəlxalq elmi qrup üzvlərinin ÜST ilə Çin hökuməti arasındakı razılaşma çərçivəsində son 24 saat ərzində Çinə səfər edəcəklərini vurğulayıb.

Orxan İsmayıl / Redaktor.az