Koronavirusla bağlı son STATİSTİKA

 10:16 12.01.2021     249

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 91 319 654 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, yerli vaxtla 09:45-ə qədər koronavirusdan 1 952 979 xəstə ölüb, 65 316 716 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.