Koronavirusun gedişatını yüngülləşdirən faktor açıqlanıb

 04:56 13.01.2021     137

Alimlər koronavirusun gedişatını yüngülləşdirən faktoru açıqlayıblar.

Redaktor.az-ın məlumatına görə, tədqiqatçılar bununla bağlı araşdırmalarını Britaniya Tibb Dərnəyinin “Gut” jurnalında yayımlayıblar.

Mütəxəssislərin fikrincə, bağırsaq bakteriyalarının növü və onların sayı koronavirusun şiddətinə təsir edir, həmçinin qismən xəstəliyə qarşı immuniteti müəyyənləşdirir.

Alimlər bədəndə faydalı bağırsaq bakteriyalarını qoruyaraq, xəstələrdə virusun simptomlarını və şiddətini azaltmağın mümkün olacağına inanırlar.

Onlar hesab edirlər ki, sağalan şəxslərdə xəstəlik göründükdən 80 gün sonra da simptomların bəzilərinin davam etməsi məhz bağırsaq mikrobiomunun vəziyyəti ilə əlaqədardır. //Oxu.az