Virusa qarşı formalaşan immunitetin müddəti 5 AYDIR
COVID-19-dan sağalan insanlar 5 ay sonra yenidən virus daşıyıcısı ola bilər.
Redaktor.az xəbər verir ki, alimlərin fikrincə, koronavirusdan sağalmış insanlar virusu burun və boğazlarında daşıya bildikləri üçün başqalarını yoluxdura bilərlər.
İngiltərə İctimai Səhiyyə Mərkəzinin həkimləri tərəfindən bildirilib ki, immunitet və yeniden infeksiya dəyərləndirilməsinin ilkin nəticələri xəstəlikdən sonra formalaşan antikorlar sadəcə 5 ay müddətində yenidən infeksiyaya qarşı 83% qoruyucu gücə malikdir. Bu da o deməkdir ki, ilk dalğada xəstəliyə yoluxan insanlar artıq yenidən yoluxmağa qarşı müdafiəsizdir.
COVID-19-a yoluxan 6 min şəxsdən götürülən nümunələrdə 44 patensial infeksiya daşıyıcı aşkarlanıb. Səhiyyə Mərkəzinin həkimi Susan Hopkin bildirib ki, virusdan sağalan insanların yenidən yoluxma ehtimalı var:
"Lakin bundan əlavə, onların virus daşıyıcıları olma riski də mümkündür. Bu araşdrımalar bizə COVID-19-a qarşı antikor qorumasının ən dəqiq halını izah etdi. Sağlamlığın qorunması və bir neçə insan həyatını qurtarmaq üçün evdə qalmaq hər zaman mühim amillərdən biridir".
Şəfəq Samed \ Redaktor.az












