Azərbaycanda daha 349 nəfər yoluxub - COVID-19
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9793 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7231, bu günə qədər isə ümumilikdə 2302843 test icra olunub.













