Bu əlamətlər koronavirusdan xəbər verir - DİQQƏT

 14:05 18.01.2021     2104

Koronavirusun ən geniş yayılmış 3 əlaməti açıqlanıb.

Redaktor.az xəbər verir ki, dünyada milyonlarla koronavirus xəstəsində ən çox rastlanan simptomlar öyrənilib və ümumi rəy formalaşdırılıb.

Birinci əlamət kürək ağrısıdır. Bildirilir ki, virusa yoluxmuş şəxslərdə təxminən 3 gün sonra bel ağrıları yaranır.

İkinci əlamət beldən yuxarı doğru qalxan ağrıdır. Bu əlamətə də COVID-19 xəstələrində geniş rast gəlinir.

Üçüncü əlamət dadbilmənin və qoxuları ayırd etmənin pozulmasıdır. Koronavirus xəstələri xüsusən bu simptomdan əziyyət çəkirlər.

Orxan İsmayıl / Redaktor.az