Ağciyərə faydalı olan bitkilər və meyvələr - SİYAHI

 16:13 18.01.2021     2402

Ağciyər özü özünü təmizləmə funksiyasına malikdir. Bəzi durumlarda isə bu baş vermir. Bəs təmizlənməsi üçün ağciyərlərə lazım olan qidalar hansılardır?

Redaktor.az bununla bağlı məlumatı təqdim edir:

Ağciyərə nələr faydalıdır?

Tənəffüs sisteminin ən mühüm orqanlarından olan ağciyər alınan oksigeni digər orqanlara paylayır. Ağciyər qanın bədənimizə təmiz oksigen paylamasını təmin edir. Siqaret, toz və çirkli hava ağciyərlərə pis təsir edir. Silia adlandırılan tüklü toxuma sayəsində zərərli parçalar və toksinlər ağciyərdən xaric olunur. Həmin toxumanın fəaliyyəti pozulduqda müxtəlif qidalar və bitkilərlə ağciyər təmizlənə bilər.

Evkalipt

Evkalipt

Evkaliptdə uçucu yağlar mövcuddur. Bu yağlar ağciyər xəstəliklərini müalicə edir. Ağciyəri infeksiyalardan qoruyur, tıxanmanın qarşısını alır, qan axınını artırır və şişliyi azaldır. Bu ağciyər üçün çox faydalı bir bitkidir. Bir çox bitki tərkibli məhsulun və dərmanın tərkibində evkalipt var. Təzə evkalipt yarpaqlarından əldə edilən bitki çayını içmək olduqca faydalıdır.

Biyan kökü

Biyan kökü

Biyan kökü ənəvi Çin təbabətində geniş istifadə olunur. Ağciyərə çox faydalı olan biyan kökü onu təmizləyir və sinəni yumşaldır. Həmçinin, öskürək, bəlğəm və nəfə s darlığı kimi problemləri aradan qaldırır. Ancaq aşırı istifadə etmək olmaz. Gündə 3 fincan kifayətdir. Əks halda, yüksək təzyiq yarada bilər. Xroniki xəstəliyiniz varsa, biyan kökü vacibdir.

Ekineziya

Ekineziya

Qrip və soyuqdəymə kimi infeksion xəstəliklərin müalicəsində istifadə olunur. Ekineziya ağciyərlərin təmizlənməsinə kömək edir. Şirin, lakin kəskin dadı olan ekineziyanın çiçəkləri, kökü və yarpaqları tibbi məqsədlə istifadə edilir. Ağciyərin bərpa olunması üçün çox gərəklidir.

Zəncəfil

Zəncəfil

Zəncəfilin faydaları saymaqla bitmir. Olduqca güclü antioksidantdır. Ağciyərləri gücləndirir, zərərli maddələrdən qoruyur. Zəncəfil çayı içərək və yeməklərə zəncəfil əlavə edərək kirlədici maddələri. Digər arzuolunmaz parçaları ağciyərinizdən uzaqlaşdıra bilərsiniz.

Andız otu

Andız otu

Andız ağciyer üçün faydalı bitkilərdən biri hesab olunur. Yüz illərdir müalicəvi məqsədlə istifadə edilir. Astma, bronxit kimi xəstəliklərin sağalmasına kömək edir. Bəlğəmi sağaldan, iltihabı aradan qaldıran bitkilərdəndir. Andız otunun istifadəsində ən vacib məqam miqdardır. Çox istifadə etdikdə qusma, ishal və mədə spazması kimi fəsadlar yarana bilər.

Öskürək otu

Öskürək otu

C vitaminiylə zəngindir. Min illərdir ciyərləri gücləndirmək məqsədilə istifadə olunur. Astma, bronxit, öskürək kimi xəstəlikləri müalicə edir. Çay şəklində dəmləyib içə bilərsiniz. Ağciyərdəki problemləri aradan qaldırır. Ağciyərə ən faydalı bitki saymaq olar.

Kekik

Kekik

Kekikdə kifayət qədər uçucu yağlar vardır. Bu yağlar qana qarışır və bronxial əzələlərə təsir edir. Tənəffüs yolu iltihabına qarşı yaxşı təsir göstərir. Sinə tıxanmalarını aradan qaldırır.

Ağciyərə faydalı olan bitkilər:

  • Sığır quyruğu bitkilər
  • Adaçayı
  • Keçibuynuzu
  • Əməkömənci

Ağciyərə faydalı olan tərəvəzlər:

Sarımsaq

Sarımsaq

Sarımsaq olduqca güclü antioksidantdır. Ağciyərlərin təmizlənməsi üçün çox faydalıdır. Soyuqdəyməni sağaldır. Sarımsağı çay kimi dəmləyib içmək də olar. Sarımsaq çayına bal əlavə edərək təsirini artıra bilərsiniz. Gündə 3 diş sarımsaqdan istifadə edin.

Alban bibəri

Alban bibəri

Xüsusilə siqaretin ağciyərdə yaratdığı dna qırılmalarını aradan qaldırır. Astmanı müalicə edir. Xroniki bronxitin yayılmasını əngəlləyir.

Kələm

Kələm

Kələm şislərin yayılmasına mane olur və böyüməsinin qarşısını alır. Davamlı olaraq istifadə etmək lazımdır. Vitamin, mineral və antioksidantlarla zəngindir.

Kök

Kök

A və C vitaminləriylə kök ağciyərə olduqca faydalıdır. Antioksidantlara zəngin olduğu üçün bir çox orqana müsbət təsir edir. Kök ağciyərə faydalı tərəvəz kimi ön sıralardadır.

İspanaq

İspanaq

B, C və E vitamini ispanağı ağciyərin dostuna çevirib. Həkimlər ağciyər xəstəlikləri olanlara ispanaq istifadə etməyi tapşırırlar.

Pomidor

Pomidor

Ağciyər xərçəngi ilə mübarizə aparır. İltihab əmələ gəlməsinə maneə törədir. Ağciyər xərçənginə qarşı təbii vasitə də saymaq olar.

  • Balqabaq
  • Lobya
  • Brokkoli

Ağciyərə faydalı olan meyvələr:

Nar

Nar

Nar ilk sırada yer tutur. Araşdırmalara görə, nar ağciyər şişlərinin azalmasında önəmli rol oynayır. Bütün orqanlara faydalıdır. Ağciyərin inkişafı üçün faydalı meyvələr sırasında ən vacibi nardır demək olar.

Alma

Alma

İçərisindəki E və C vitamini sayəsində ağciyər funksiyalarının yerinə yetirilməsinə kömək edir. Həftədə 3-4 alma yemək tövsiyə olunur.

Portağal

Portağal

C vitaminiylə zəngin olan portağal hər dərda dərman olan məyvələrdəndir. Ağciyərin oksigen paylamasına kömək edir.

Üzüm

Üzüm

Ağciyərin qan mübadiləsini təmin edən alveoller üzümün tərkibində vardır. Allergik astma üçün önəmlidir. Digər xəstəliklərə də faydalıdır.

Göyəm

Göyəm

C vitaminiylə zəngin olan göyəm ağciyərin daha bir dostu hesab olunur. C vitamini ağciyərlər üçün həyati əhəmiyyətə malikdir. Bu meyvədən istifadə etmək önəmlidir.

  • Qırmızı və qara meyvələr
  • Qızılcıq
  • Şaftalı

Ağciyərə faydalı olan quru meyvələr:

  • Fıstıq
  • Fındıq
  • Qoz
  • Badam
  • Kaju