Dildə bu dəyişikliklər koronavirusa işarə edir
Britaniyalı epidemioloq Tim Spektor koronavirus xəstələrində tez-tez təsadüf edilən simptomun şəklini dərc edib. Söhbət dildə olan dəyişikliklərdən gedir.
Redaktor.az bildirir ki, həkimin müşahidələrinə görə, xəstələrin bir çoxunda dilin üzərində sarı ərp əmələ gəlir. Həmçinin həkim bildirib ki, xəstələrin ağız boşluğunda tez-tez yaralar yaranır.
Tim Spektor bildirib ki, koronavirus çox hiyləgər xəstəlikdir və özünü müxtəlif və çoxsaylı simptomlarla büruzə verir. //Saglamolun.az












