Bu çayı içənlər koronavirusu yüngül keçirir - KİLOSU 3 MANATDIR...

 10:09 19.01.2021     871

Koronavirusun bütün dünyaya yayıldığı vaxtda epidemiyaların ciddiliyi bir daha özünü  göstərdi. Mütəxəssislərin verdiyi açıqlamalara görə, immun sistemi güclü olanlar virusu daha yüngül keçirirlər. Buna görə, immuniteti gücləndirmək üçün bəzi bitki çaylarından və digər təbii üsullardan istifadə etmək lazımdır.

Redaktor.az həmin bitki çaylarından bir neçəsini sizə təqdim edir.

1. Quşburnu çayı

C vitamini baxımından çox zəngin bir quruluşa sahib olan quşburnu çayı özünüzü rahat hiss etməyinizə kömək edəcək. Havaların soyuq keçdiyi və pandemiyanın olduğu belə günlərdə hər gün bir finacan quşburnu çayı içmək immunitetinizi gücləndirir.

2. Yaşıl çay

İmmun sistemini gücləndirmək istəyən insanların mütləq istifadə etməsi lazım olan çaylardan biri də yaşıl çaydır. Yaşıl çay həzm sistemini, maddələr mübadiləsini tənzimləyir, immun sistemini gücləndirir. Gündə 2 fincan yaşıl çay içmək tövsiyə olunur. 

3. Cökə və bal qarışığı

Mövsümi xəstəliklərə qarşı yaxşı vasitə olan cökə və bal qarışığı viruslardan da qoruyur. Bitki çayları arasında yaxşı tanınan cökənin balla qarışdırılması sayəsində bir çox xəstəliyə immunitet formalaşdırmaq olar.

4. Çobanyastığı çayı

Çobanyastığı bitkisində olanlar sayəsində ağ qan hüceyrələrinin sayı artır və buna görə də bədənin virus, bakteriya və göbələk kimi yoluxucu xəstəliklərə qarşı müqaviməti güclənir. Yeməkdən sonra çobanyastığı çayı içmək immuniteti gücləndirər.

5. Ərik çayı

Həzm sisteminə birbaşa təsir edən ərik çayı bir çox problemi azaltmaq üçün idealdır. İmmunitet sistemi və həzm sistemi birlikdə işləyir və biri zəiflədikdə, digərinə də təsir göstərə bilər. Gündə bir-iki fincan ərik çayı içməklə bağırsaq problemlərini aradan qaldırmaq və immunitetinizi gücləndirmək mümkündür.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən