Akademik Pavlovdan qidalanmanın qızıl qanunu - Etdiyimiz səhvlər

 00:12 20.01.2021     207

Akademik İvan Pavlov Rusiya səhiyyəsinin atası hesab edilir. Onun irəli sürdüyü Qidalanmanın qızıl qanunlarını illər sonra Avropa və Amerika alimləri təsdiqləyərək, milyonlarla tirajla satılan kitablarına daxil ediblər.

Redaktor.az həmin qaydaları təqdim edir:

1. Bir qida qəbulunda yalnız bir tərkibli sadə yemək yeyin

Zülal karbohidratla, karbohidrat şəkərlə qarışdırılmamalıdır. Məsələn, makaron ilə ət, çörəklə düyü, düyü ilə toyuq olmaz. Əgər ət yemisizsə, yanında tərəvəz ola bilər. Ətdən sonra növbəti yemək ancaq 2-3 saatdan sonra yeyilə bilər.

2. Bu qidalar uyğun deyil

Balıqla süd, südlə meyvələr, balıq və yumurta, toyuq və süd, mərci, lobya və şirniyyat, bitki yağları və bal – bunlar qətiyyən yola getməz ərzaqlardır. Birlikdə qəbulu olmaz.

Yumurta ilə göbələk, paxlalılarla pendir, südlə yumurta, kartofla çörək də birlikdə yeyilməməlidir

3. Meyvələr ayrıca qidadır və onları digər yeməklərdən ayrı, xüsusən də yeməkdən 1 saat öncə yemək lazımdır. Yeyəndə bir növ meyvə yeyilir.

4. Eləcə də süd və süd məhsulları ayrıca qidadır. Onlar da yeməklərlə birgə yeyilməməlidir. Pendiri göyərti ilə yeyin. Pendiri çörəklə  yemək olmaz. //Medicina.az

 

Vumart və Güvən reklamı Vumart Güvən