Vaksinasiya koronavirusun sonu deməkdir? - HƏKİM

 13:44 20.01.2021     683

Azərbaycanda koronavirusa qarşı vaksinasiya aparılır. Bəs vaksinləşmə başa çatdıqdan nə qədər sonra virusdan tam  yaxa qurtarmış olacağıq?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev bildirib ki, xəstəlikdən tam qorunmaq üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır:

"Təkrar vaksinasiyadan 2-3 həftə sonra orqanizmə xəstə şəxsdən aktiv virus keçsə də, bədəndə yaranmış antitellər daxil olan aktiv virusları öldürə, inaktivləşdirməklə məhv edə bilir. Önəmli məqamlardan biri də budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olmasın.

Vaksin pandemiyadan qurtulmağın yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur. Bu, elmin məhsuludur".

Mahir Xəttab / Redaktor.az