Çin vaksinlərinin effektlivlik dərəcəsi necədir? - ARAŞDIRMA

 10:18 21.01.2021     740

COVID-19-a qarşı mübarizədə ölkələrin əsas diqqət mərkəzi vaksinasiyaya yönəlib. Dərman şirkətlərinin aidiyyatı qurumlardan təsdiq almaq üçün rəqabətə girdiyi vaxtda Çinin "Sinovac" şirkəti hazırladıqları vaksin barədə bəzi açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Çin COVID-19-a qarşı istehsal etdikləri "Coronavac" vaksinin 2 dozası arasındakı müddətin uzadılmasının peyvəndin təsirini artıra biləcəyini bildirib. Braziliyada aparılan kliniki sınaqlarda 2-ci dozanı daha gec qəbul edənlərdə peyvənd 20% daha effektiv olub. Peyvəndin 2-ci dozasının 3 həftə sonra vurulduğu 1400 nəfərdə vaksinin effektliv dərəcəsinin təxminən 70% olduğu bildirilib. 

Qeyd edək ki, Türkiyə, İndoneziya və Braziliyada sınaqdan keçirilən "Coronavac" preparatının effektivlik dərəcəsinə dair fikir ayrılıqları yaranıb. Braziliyalı mütəxəssislər peyvəndin virusun yüngül hallarına qarşı 78% effektiv olduğunu açıqlayıb. İndoneziya vaksinin effektivlik dərəcəsinin 65% olduğunu bildirərək, preparatın təcili vəziyyətlərdə istifadəsinə razılıq verib.

Türkiyədə aparılan araşdırmalarda isə peyvəndin virusa qarşı 91% təsirli olduğu bildirilib. 

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən