Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər - TƏSDİQLƏNDİ

 15:09 21.01.2021     541

"Pfizer" və "BioNTech" tərəfindən hazırlanan koronavirus peyvəndinin İngiltərədə aşkarlanan və bütün dünyaya yayılan koronavirusun mutasiyaya uğramış formasına qarşı təsirli olduğu açıqlanıb.

Redaktor.az xəbər verir ki, aparılan araşdırmalar qan analizinə əsaslanıb. B117 adlandırılan virusun 10-dan çox növü üzərində araşdırma həyata keçirilib.

"BNT162b2" adlı vaksinin koronavirusun mutasiyaya uğramış formasına qarşı effekti olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, daha əvvəl analoji araşdırma Cənubi Afrika Respublikasında da həyata keçirilib.

Orxan İsmayıl / Redaktor.az