Vaksinasiyanın ilk nəticələri - HƏKİM AÇIQLADI...

 11:36 25.01.2021     888

Bildiyimiz kimi, ölkəmizdə vaksinasiya prosesi davam edir. Bəs ilkin vaksinasiya mərhələsinin nəticələrini nə zaman görəcəyik?

Redaktor.az xəbər verir ki, infeksionist Nazxanım Qasımova ilkin nəticənin bir ay sonra məlum olacağını deyib:

"Nə qədər insan vaksinasiya olacaqsa, bir o qədər virusa yoluxma azalacaq. Bir ay ərzində hər iki doza vurulduğuna görə, vaksinin effektini də bir ayın tamamında görmək mümkündür. Yanvar ayı ərzində neçə nəfərə vaksin vurulubsa, növbəti ay ərzində həmin insanlar virusa yoluxmayacaq.

Vaksinasiya prosesinə ilk Böyük Britanya başlamışdı. Təqribən, bir neçə gün sonra da Rusiyada bu proses başladı. Bu ardıcıllığa digər Avropa ölkələri də qoşuldu. Rusiya özü istehsal etdiyi vaksinləri istifadə edir. İstehsala bağlı səbəbdən vaksinasiya prosesinin sürəti yavaşlaya bilir. Bütün bunlar hər bir ölkənin daxili sistemində müəyyənləşir. Azərbaycan coğrafi baxımından bir sıra ölkələrdən nisbətən kiçikdir,  bir neçə ay ərzində ölkənin böyük faizində vaksinasiya prosesinin aparılması mümkündür".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən