COVID-19 mövsümi qripləri yox edib - ÜST
COVID-19 infeksiyası mövsümi qripi rekord səviyyədə azaldıb. Hər il qış fəslində milyonlarla insanların yoluxduğu qrip artıq aradan qalxmağa başlayıb.
Redaktor.az xəbər verir ki, Amerikanın "Wall Street" jurnalındakı mövsümi xəstəliklərin bitməsi ilə bağlı məqalədə bildirilib ki, qripdən sağalanların sayı pandemiyada ölənləri sayından dəfələrlə azdır. Bunun COVID-19 pandemiyası dönəmində kiçik də olsa yaxşı hal olduğu deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qrip Komissiyasına nəzarət edən uşaq həkimi Norio Suqaya bildirib ki, bu son dərəcə təəccübləndirici məqamdır:
"İnanılması mümkün olmayan, tarixi bir durum yaşayırıq. Qripin yayılmasını dünya səviyyəsində COVID-19-a qarşı görülən tədbirlər əngəllədi. Qripə qarşı edilən peyvəndlərin sayı artıb. Yanvar ayının 3-10-u arası qrip simptomları olan 872 xəstədən götürülən testlərdə onların heç birinin qrip olmadığı aşkarlanıb.
Yaponiyanın paytaxdı Tokiodakı beş xəstəxananın idarəçisi olan Şo Naito isə bildirib ki, normalda ilin bu dönəmində hər gün 50-100 xəstə qeydə alınıb. Lakin hazırda xəstəxanada 2-3 qrip xəstəsi var. İnsanların maska taxması və əllərini tez-tez yumaları ilə paralel olaraq qrip hallarının sayı da azalıb.
Şəfəq Samed \ Redaktor.az












