Kartofla sızanaqlardan qurtulun - MASKA

 03:56 23.01.2021     253

Gənc yaşlarda qarşılaşdığımız dəri problemlərindən biri də sızanaqlardır. Onlardan qurtulmaq üçün müxtəlif təbii və kosmetoloji vasitələr var.

Redaktor.az sızanaqlardan azad olmağınıza kömək edəcək çiy kartof maskasını təqdim edir:

Kartofu soyduqdan sonra halqa formasında doğrayın. Dilimi üzünüzdə dairəvi şəkildə gəzdirin. Kartof dilimi quruyana kimi davam edin. 10-15 dəqiqə bu prosesi təkrarladıqdan sonra 5 dəqiqə gözləyin. Sonda isə ilıq su ilə üzünüzü yuyun. Maskanı həftədə 3-4 dəfə istifadə edə bilərsiniz. //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən