Türkiyədə daha 144 nəfər koronavirusdan ölüb
Türkiyədə son 24 saatda 5856 nəfər koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, rəsmi məlumatlara görə, son sutkada daha 144 nəfər koronavirusdan ölüb. Türkiyədə ağır xəstələrin sayı isə 1962 olub. //Report












