Peyvənd olunmuş şəxslərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Əlvida, KORONAVİRUS!
Makkabi Səhiyyə Xidməti COVID-19 peyvəndinin ikinci dozasını vurduran insanların virusa yenidən yoluxma ehtimalı ilə bağlı araşdırma aparıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat İsrail mediasında yer alıb.
Araşdırma nəticəsində məlum olub ki, "Pfizer" və "BioNTech" peyvəndlərinin ikinci dozası vurulan 128 min 600 insanın yalnız 0,015%-i virusa yenidən yoluxub.
Araşdırmanı aparan mütəxəssislərdən biri olan Anat Ekka Zohar açıqlamasında virus aşkarlanan 20 nəfərdən heç birinin hərarətinin 38.5 dərəcədən yüksək olmadığını bildirib. Bu isə o deməkdir ki, həmin şəxslərin koronavirusu ağır keçirmək ehtimalı minimuma bərabərdir.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirus peyvəndinin ilk dozası 2 milyon 637 min 279 nəfərə, ikinci dozası isə 1 milyon 189 min 813 nəfərə vurulub.
Orxan İsmayıl / Redaktor.az












