Azərbaycanda yoluxanların sayı artıb - COVID-19

 16:39 26.01.2021     516

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, aktiv xəstə sayı 5142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7807, ötən müddət ərzində isə ümumilikdə 2372616 test aparılıb.

Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

Vumart və Güvən reklamı Vumart Güvən