İranda daha 91 nəfər koronavirusdan ölüb

 14:43 27.01.2021     277

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 91 nəfər ölüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 57651 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6608 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1392314 nəfərə çatıb.

Koronavirus daşıyıcılarından 4024 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1183463 nəfər koronavirusdan sağalıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən