"Ürək xəstələri ağ geyinməlidir" - Bigür Sönməz

 00:17 28.01.2021     340

Ürək xəstəliklərindən əziyyət çəkən şəxslər yayda açıq rəngli geyimlər geyinməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə ürək-damar cərrahı Bigür Sönməz danışıb.

O qeyd edib ki, belə xəstələr isti havalarda ağ və gen geyimlər geyinməlidir.

"Az-az və ya tez-tez yemək yeməli, bol karbohidratlı, yağlı qidalardan uzaq durmalıdırlar", - B.Sönməz deyib.

O bildirib ki, məsuliyyətləri çoxaldığı üçün gənclərdə infarkt riskləri artıb. Lakin erkən diaqnoz və müalicələr sayəsində ürək çatışmazlığından ölüm sayı azalıb.

"Ürək xəstəliklərindən əlil olma faktları da azalıb. Ancaq xəstəliklər artıb. Çünki erkən diaqnoz qoyulur", - deyə həkim bildirib.

B.Sönməz əlavə edib ki, yay aylarında itirilən suyu mütləq yerinə qaytarmaq lazımdır. Bu, ciddi şəkildə xəstələrin elektrolit müvazinətini pozur. Bəzi xəstələr qış aylarında qəbul etdikləri qədər sidikqovucu qəbul etməməli, xüsusilə saat 11:00-16:00 radələrində günəş altında olmamalıdırlar. //Saglamolun.az 

Vumart və Güvən reklamı Vumart Güvən