Bu ölkədə koronavirusa qarşı vaksin istehsal olunacaq

 06:30 01.02.2021     323

Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, apreldə Praqa yaxınlığında yerləşən “Novavax” (ABŞ) əczaçılıq şirkətinin zavodunda koronavirusa qarşı vaksinin istehsalatı başlanacaq.

Redaktor.az xəbər verir ki, vaksin dünya bazarına da çıxarılacaq.

"(Çexiyada yerləşən “Novavax” müəssisəsindən-red) Vaksinin (dünya bazarına) tədarükü apreldə başlanmalıdır. Bu mənim alığım ən yeni informasiyadır", - o qeyd edib.

Preparat hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Onun effektivliyi təxminən 90% təşkil edir. “Novavax” bu il təxminən bir milyard vaksinin dozasını istehsal etməyi planlaşdırır. Bu miqdarın əhəmiyyətli hissəsi Çexiyada istehsal edilməlidir.

Babiş həmçinin bildirib ki, dekabrın 27-də kütləvi peyvədə başlanılan Çexiya vaksinin 372 765 dozasını alıb. Ölkəyə Amerikanın “Pfizer” şirkətinin və onun alman partnyoru olan “BioNTech”in, həmçinin Amerikanın digər şirkəti “Moderna”nın istehsalı olan vaksinlər gətirilir.

"Çexiya “Pfizer/BioNTech” preparatının 352 365 dozasını alıb. “Moderna" vaksinin 20 400 dozasını çatdırıb, hansı ki, 12 min doza bu gün (dünən-red) daxil oldu”, - baş nazir bildirib.

Çexiya cari ilin birinci rübündə koronavirusa qarşı vaksinin 1,7 milyon dozasını almalıdır. İkinci rübdə respublika daha 8,4 milyon doza gözləyir.

Vumart və Güvən reklamı Vumart Güvən