Yuxuda qəfil ölüm

 08:45 01.02.2021     576

Tənəffüs hərəkətlərinin qısa müddətli dayanması (Apnoe - Red) ürək-damar sisteminə ciddi mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, “Səssiz qatil” adlanan bu xəstəlik adrenalinin səviyyəsini yüksəldir, qan təzyiqini artırır. Nəticədə insanın infarkt, atrial fibrilasiya, ürək çatışmazlığı və insult riski çoxalır. Yuxu Apnoe sindromunun ağır forması olan pasiyentlərdə isə ürək-damar xəstəlikləri ilə bağlı ölüm 8-10 dəfə artır.

Orta və şiddətli yuxu apnesi olan insanların şəkərli diabet, əhval-ruhiyyə və depressiya xəstəlikləri, baş ağrısı, yaddaş itkisi və konsentrasiya riski daha yüksəkdir. //Report

Vumart və Güvən reklamı Vumart Güvən