Hamilə qadınlar koronavirusa yoluxmur? - HƏKİM MƏSLƏHƏTİ
Hamiləlikdə COVID-19 infeksiyasının törətdiyi fəsadlar haqqında geniş məlumat yoxdur. Buna səbəb isə koronavirusa yoluxmuş hamilə qadınların sayının az olmasıdır. Lakin koronavirus ailəsindən olan SARS ve MERS infeksiyalarına yoluxan hamilə qadınların xəstəliyinin ağır keçirdiyini nəzərə alsaq, koronavirusun törədə biləcəyi fəsadlar da istisna edilmir.
Məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış pediatr Aytən İsmayılzadə bildirib ki, bu infeksiyaya yoluxmuş qadınların körpələrinin 8 faizində nəfəs çatışmazlığı aşkarlanıb:
“ABŞ-ın 2020-ci il iyul ayına qədər olan statistikasına əsasən, 1500 hamilə qadına COVID-19 diaqnozu qoyulub. Onlardan 3000-i xəstəxanaya yerləşdirilib, 150 nəfər intensiv terapiya, 57 nəfərə isə süni tənəffüs aparatı ilə köməklik göstərilib. Bəzi bu infeksiyaya yoluxmuş qadınların körpələrində fərqli bir hal da müşahidə edilib. Belə ki, ilk günlər heç bir problem olmayıb, lakin bir neçə sutka sonra hərarət qalxıb və qəflətən ölüm baş verib”.
Pediatr bir çox alimlərin koronavirusun ciftlə keçmədiyini, ana südün də tapılmadığını qeyd etsə də, bu halın istisna edilmədiyini qeyd edib:
“Dediyim halları nəzərə alaraq hamilələr maksimum koronavirusdan qorunmalı, yoluxduqları halda dərhal nəzarətə götürülməlidirlər. Bütün ehtimallar nəzərə alınmalıdır. İllər sonra da hansısa fəsadlarla qarşılaşmaq olar”.
Nərmin Məcidli / Redaktor.az












