Saçlarınızı türk qəhvəsi ilə boyayın - Hazırlanma qaydası
Alimlər saç boyalarının döş, yumurtalıq, beyin, qan xərçəngi və bır sıra xəstəliklərlə birbaşa əlaqəli olduğu qənaətindədirlər. Gözəlləşmək istəyən, lakin tərkibindəki kimyəvi maddələrdən dolayı risk etməyən xanımlarımız üçün təbii saç boyasından bəhs edəcəyik.
Redaktor.az xəbər verir ki, türk qəhvəsi saçlarınızın rəngini dəyişməklə yanaşı qidalandıraraq daha tez uzanmasını təmin edəcək.
2 x.q saç kremi, 1 x.q qəhvə, 2-3 damcı lavanta yağını qarışdırıb saçlarınıza çəkin. Başınızı polietilen torba ilə bağlayın. 30 dəqiqə sonra su ilə durulayın. //Axşam.az












