Bu dərmanlar koronavirusun təsirini azaldır

 07:15 11.02.2021     541

Fransalı alimlərin araşdırmalarına görə, depressiyaya qarşı istifadə edilən bəzi dərmanların tərkibindəki kimyəvi maddələr COVID-19-a yoluxan şəxslərin xəstəliyi ağır və şiddətli keçirməsinin qarşısını alır.

Redaktor.az bildirir ki, 7 min koronavirus xəstəsi üzərində aparılan tədqiqatlar depressiyaya qarşı istifadə olunan dərmanlarla xəstələrin reanimasiyaya yerləşdirilməsi, yaxud da həyatını itirməsi kimi halların qarşısını almağın mümkün olduğunu göstərib.

Lakin bu müsbət xüsusiyyət bütün depressiv dərmanlar üçün xarakterik deyil. Sözügedən araşdırma ABŞ-da da həyata keçirilib. Nəticələri isə fransalı alimlərin tədqiqatları ilə eyni olub. //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən