Ağrıkəsicilər böyrək çatışmazlığına səbəb olur

 02:15 12.02.2021     574

Ağrıkəsici dərmanların həkim məsləhəti olmadan və həddən artıq qəbul edilməsi orqanizmdə bir sıra fəsadlara yol açır.

Redaktor.az bildirir ki, belə dərmanlardan mütəmadi istifadə xroniki böyrək çatışmazlığı riskini artırır.

Şəkərli diabet, həddən artıq duzlu yemək və siqaretlə yanaşı bu dərmanlar da böyrəyə ziyan vurur. Ağrıkəsicilərin vurduğu zərərə daha çox 30-70 yaş aralığında olan qadınlarda rast gəlinir.

Əgər bir insan həyatı boyunca 1 kiloqramdan artıq ağrıkəsici qəbul edərsə, bu onun böyrəyində müəyyən fəsadların baş qaldırmasına səbəb olub. 2-3 kiloqramdan artıq qəbulu isə böyrək çatışmazlığı yaradır. //Axşam.az

Vumart və Güvən reklamı Vumart Güvən