Koronavirus barmaqları belə hala salır - HƏKİMLƏR ŞOKDADIR... / FOTO
İtaliyada adı açıqlanmayan 86 yaşlı qadın koronavirusa yoluxduqdan sonra damarlarında qan laxtalanması əmələ gəlib.
Redaktor.az xəbər verir ki, qanqrenli barmaqları kəsməyə bəcbur olan həkimlər xəstəni COVID-19-un bu hala saldığını bildiriblər.
Oxşar hadisəyə digər ölkələrdə də təsadüf olunub. Milli Sağlamlıq Araşdırmaları İnstitutunun professoru Qrehem Kuuk koronavirusun birdən artıq sistemi özündə ehtiva edən xəstəlik olduğunu deyib.
Həkimlər qan laxtalanması problemi olan çox sayda xəstə ilə rastlaşdıqlarını və bu da xəstəliyin həm damar, həm də tənəffüs yolu infeksiyası xəstəliyi olduğunu düşündüklərini qeyd ediblər.

Orxan İsmayıl / Redaktor.az












