Qarğıdalının faydaları və zərəri

 20:55 14.02.2021     2466

İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər

Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var.

Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur.

Redaktor.az bildirir ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Kristofor Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.

100 qramında 345 kalori olan bu tərəvəz amin turşusu, həmçinin lipid, protit və qlosit turşuları baxımından da çox zəngindir.

FAYDALARI:

*İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər.

*Ağciyər xərçəngi riskini, stressi azaldır və enerji verir.

*Ürək xəstəlikləri üçün çox yararlıdır

*Böyrəyin funksiyalarını yaxşılaşdırır

*Qarğıdalıda olan liflər,qanda şəkərin miqdarını stabilləşdirir

* Bununla bərabər qarğıdalının saçağı qaynadılıb içilərsə bir çox x əstəliklərin şəfası olar.

ZƏRƏRİ:

Qarğıdalı çox faydal bir qidadır. Lakin, həzm olunması bir az çətindir. Qəbzlikdən əziyyət çəkənlərin yeməməyi məsləhətdir.

Qeyd: Qarğıdalı təzə halda meyvəsi suda qaynadılaraq və ya qızardılaraq yeyilə bilər.