Ayaqlara necə qulluq etməli?

 01:15 16.02.2021     256

Üz dərimiz, əllər qulluq tələb etdiyi qədər ayaqlara da baxım mütləqdir. Ayaq dərisi tez qırışan, qocalandır. Xanımlar daha çox yay və yaz aylarında açıq ayaqqabı geyindiyi üçün ayaqlarına diqqət edir. Amma bu baxım qışda da olmalıdır.

Redaktor.az ayağınız üçün ev şəraitində edə biləcəyiniz baxımlar təqdim edir:

Hər gün yumaq şərtdir

Payış və qışda ayaqqabımız bağlı olur. Buna görə də ayaqlarımız hava almır. Eyni zamanda, qalın corablar geyinirik. Ev içində də ayaqyalın dolaşmırıq. Bu da ayaqda mikroblar yaranmasına gətirib çıxarır. Hər gün ayaqlarınızı yuyun. Bu zaman bakteriyaöldürücü vasitələrdən istifadə edin.

Barmaq aralarını unutmayın

Ayaqlar qapalı qaldığı üçün barmaq araları daha tez tərləyir. Nəm olan ayaqlarda göbələk riski artır. Bunun üçün nəmi özünə çəkən pambıq corablar alın. Ayaqlarınızı yuduqdan sonra qurulayıb pambıq corab geyinin. Əgər şəkər xəstəsisinizsə, ayaqlarınız mütləq quru qalmalıdır.

Ayaqların da nəmə ehtiyacı var

Üz və əllər qədər ayaqlar da nəmləndirilməlidir. Əsasən də qış və payızda ayaq dərisi quruyub, çatlamaya meyilli olur. Buna görə də ayaq üçün olan xüsusi nəmləndirici kremlər alın.

Tez-tez pilinq edin

Ölü dərinin ayaqdan uzaqlaşdırılması şərtdir. Ayaqlar üçün olan pilinqdən alın. Həftədə bir dəfə ölü dərini təmizləyin. Pilinqdən sonra nəmləndirici çəkməyi unutmayın.

Dırnaqlar düzgün kəsilməlidir

Sağlam ayaq üçün dırnaq baxımı da önəmlidir. Dırnaqların düz kəsilməsi önəmlidir. Əyri dırnaq ayağınızı incidəcək. Baş barmağınızın ayaqqabının ucuna toxunduğunu hiss edəndə mütləq kəsmək lazımdır.

Modaya deyil, sağlamlığa baxın

Vitrinlərdə cürbəcür ayaqqabılar görürük. Onları alarkən keyfiyyətinə yox, görünüşünə üstünlük veririk. Amma bu yanlışdır. Çalışın təmiz materialı olan ayaqqabılar alın. Eyni zamanda onun hündürlüyünə diqqət etməlisiniz.

Eyni ayaqqabını iki gün dalbadal geyinməyin

Ayaqqabının da hava alması lazımdır. Hər gün geyindiyiniz ayaqqabının içərisi nəm qalacaq, hava almayacaq. Bu da bakteriyaların yaranmasına yol açacaq. //Axşam.az