“Koronavirus sonsuzluğa səbəb olur” - Ümit Savaşçı

 02:50 16.02.2021     347

Türkiyədə Gülhanə xəstəxanasının həkimi Ümit Savaşçı koronavirus keçirənlərdə uzun müddət davam edən simptomlarla bağlı danışıb.

Redaktor.az-ın xəbərinə görə, həkim bu barədə DHA-ya açıqlamasında ən çox şikayətlərin dad və iy bilməsinin itirilməsi ilə əlaqədar olduğunu deyib.

O bildirib ki, belə xəstələr iybilmənin geri qaytarılması üçün gündə 3-4 dəfə qəhvə qoxlayırlar.

Mütəxəssisin sözlərinə görə, koronavirusu ağır keçirən kişilərdə daimi sonsuzluğun yaranması sübut olunub.

Laxtalanma kişilərdə reproduktiv sistemdəki funksiyanı pozur ki, bu da sonsuzluqla nəticələnir.

Həkim qeyd edib ki, bununla bağlı xarici mediada məlumat var, Türkiyədə də mövzu işlənəcək.

O, xəstəliyin qadınlarda digər fəsadlərla yanaşı saç, diş tökülməsi ilə nəticələndiyini də bildirib.

Savaşçı koronavirusa qarşı dərmanlara qan durulducuların əlavə olunmasının vacibliyini vurğulayıb.