Koronavirusun daha bir növü aşkarlanıb

 21:50 18.02.2021     350

Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə məlumatı “NRK” televiziya şirkəti məlumat yayıb.

Ötən gün ərzində “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq

Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var. //Report