Koronavirusun bitəcəyi tarix açıqlandı - BU İL GENİŞ YAYILACAQ, DAHA SONRA...

 10:22 22.02.2021     661

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüge COVID-19 epidemiyasının 2022-ci ilin əvvəllində bitəcəyini və ən pis ssenarinin geridə qaldığını söyləyib.

Redaktor.az xəbər verir ki, Danimarka dövlət kanalı DR-ə açıqlama verən H.Klüge pandemiyanın bu il ərzində davam edəcəyini, ilin sonlarında nisbətən səngiyəcəyini açıqlayıb:

"Virus davam edəcək, ancaq məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu nikbin bir mesajdır. Mutasiyalar normaldır və keçdiyi insana uyğunlaşmağa çalışır. Lakin mutasiyaların sürətlə yayılması həyəcan yaradır".

Orxan İsmayıl / Redaktor.az