Başgicəllənminin qarşısını necə almaq olar?

 05:30 24.02.2021     447

Başgicəllənmə olaraq bilinən "vertiqo" insanın həyat keyfiyyətini azaldan mərkəzi sinir sistemi və daxili qulaq xəstəliyidir. Mütəxəssislər əhali arasında geniş yayılan bu xəstəliyə qarşı mübarizə aparmaq üçün bir sıra qaydalara əməl etməyi tövsiyyə edirlər.

Redaktor.az bildirir ki, həmin qaydalar aşağıdakılardır:

1.Stressdən uzaq durun
Stress hər şeyin başlanğıcı olduğundan, baş dönməsində böyük rola malikdir. Ona görə gərgin iş rejimi və digər fəaliyyətlərdən sonra boş vaxtlarınızı özünüzə ayıraraq istirahət edin.

2.İmunitetinizi artırın
İmmunitet sisteminizi gücləndirmək və sağlam qidalanmaq üçün xüsusilə zülal əsaslı qidalar, sağlam və enerjili olmağınıza kömək edəcəkdir.

3.Bol su için və kofeini azaldın
Bol su içmək bədəndə duz və mineral balansını qoruyur. Kofein tərkibli içkiləri isə minimuma endirin.

4.Günəş şüalarından faydalanın
D vitamininin təbii mənbəyi olan günəşdən mümkün qədər istifadə edin. Bunu günəşli yay aylarında daha çox edə bilərsiniz.

5.Qəfil və tez bir zamanda hərəkət etməyin
Ani və sürətli hərəkətlərdən qaçın. Çünki bu qulaq kristallarının fəaliyyətini pozur.

6.İdmanı həyatınıza daxil edin
İdman növü seçərkən yüngül və ritmik hərəkətlərə üstünlük verin. Əvvəllər başgicəllənmə ilə qarşılaşmadınızsa, qəfil başlayıb və uzun müddət davam etdiyi təqdirdə, mütləq həkiminizə müraciət edin. //Axşam.az