Azərbaycanda koronavirus bitir - TOY VƏ YASLARA İCAZƏ!

 09:52 02.03.2021     454

Pandemiya bir çox sahələrə öz mənfi təsirini göstərib, hamını maraqlandıran bir çox suallar var. Bunların sırasında karantinlə bağlı qaydaların yumşaldılması, toy məclislərin kecirilməsinə icazə, idman yarışlarının baş tutması yer alır.

Tanınmış tibbi ekspert, professor Adil Qeybulla Redaktor.az bildirib ki, yalnız bunların həyata keçirilməsinin epidemoloji vəziyyətdən asılı olaraq müəyyən oluna bilər:

"Yəni bu azalan xətt üzrə getsə, koronavirusun ‘’Britanya” ştammı adlanan yeni növü vəziyyəti daha da pisləşdirməsə, yumşaldilmalar soasial həyatın butun sahələrində davam edəcək. Virusun geniş yayıldığı ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə əsasən hərəkət edərlərsə, vəziyyət situasiyadan asılı olaraq dəyişəcək. Lakin üçüncü dalğa olsa belə, pandemiyanin bitməsinə az qalıb".

Aytac Zeynalova / Redaktor.az