Koronavirus ən çox bu məkanlarda yayılır - TƏHLÜKƏ VAR, GETMƏYİN!

Son günlərdə COVID-19 virusuna yoluxanların sayının artması Rusiyada da insanlar arasında narahatçılığa səbəb olub.
Redaktor.az-ın məlumatına görə, sağlamlıq üzrə mütəxəssiz, professor Artyom Qilev virusun daha çox hansı məkanlarda yayıldığı haqda danışıb.
Artan təhlükə mənbələri ilə harada qarşılaşırıq, hansı əlamətlərə görə müəyyən edilə bilər, bir tərəfdən peyvənd və digər tərəfdən daha çox yoluxucu koronavirus ştamları ortaya çıxması insanların həyatında hansı rolu oynayır?
“Araşdırmalar nəticəsində restoran və kafelərdə virusun daha çox yayıldığı məlum olub. Bu məkanlar insan axını, binaların zəif havalandırılması və insanlar arasındakı məsafəyə riayət edilməməsi ilə çox yüklənir. Biz yaddan çıxartmamalıyıq ki, standart qoruyucu məsafə 1,5-2 metrdir. Eyni zamanda qeyd edim ki, Rusiyada, həm də xarici ölkələrdə çox sayda bar və gecə klubları var, o tipli məkanlarda insanlar bir-biri ilə çox sıx ünsiyyətdə olurlar. Nəticədə virus sürətlə yayılır".
Aysel Hacıyeva / Redaktor.az