“Dünya piylənmə ilə mübarizə günü” adlı onlayn forum keçirilib - FOTO

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi, Məhsəti Hüseynovanın təşkilatçılığı ilə, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Azərbaycanda “Dünya piylənmə ilə mübarizə günü” adlı onlayn forum keçirilib.
Redaktor.az bildirir ki, Məhsəti Hüseynova forumun keçirilməsində əsas məqsədin iki qardaş ölkənin bu sahədə ixtisaslı həkim və peşəkarlarını bir araya gətirərək dünyanı cənginə alan piylənmə kimi qlobal problemin Azərbaycanda və Türkiyədə də geniş vüsət alması və bununla mübarizədə maariflənmənin böyük rolunun olduğunu qeyd edib.
Məhsəti Hüseynova “Sağlamlıq insana bir dəfə verilən böyük nemətdir. Gəlin sağlamlığımızın qayğısına elə sağlam olarkən qalaq” deyərək forumun açılışını edib. Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev hər zaman gənclərin sağlam qidalanma və düzgün həyat tərzinin təbliği yolunda fəaliyyətindən danışıb.
Forumda fəxri qonaq qismində yer alan qida texnoloqu, Türkiyə Şef Aşçılar Derneğinin Azərbaycandakı nümayəndəsi Ağa Salamov iştirakçılara piylənməyə səbəb olan qidalar, qidaların düzgün saxlanılma və bişirilmə qaydaları haqqında vacib məlumat verib. Forumda Türkiyədən Beslenme uzmanı Betül Ceylan “Sağlıklı Beslenmede Enerji İhtiyacı ve Enerji Hesaplamaları nasıl olmalı? Obezitenin nedenleri” mövzusunda, Spiker Həkim-Dietoloq Leyla Zülfüqarlı “Sağlam Qidalanma nədir? Piylənmə ilə necə mübarizə aparaq?” mövzusunda Spiker Psixoloq, Humel Psixologiya Mərkəzinin rəhbəri Taryel Faziloğlu “Qidalanmanın psixologiyaya təsirləri” mövzusunda çıxış ediblər.
Forum iştirakçıların böyük marağına səbəb olub və müzakirəli şəkildə bütün suallar cavablandırılıb.


