Yaşı 40-dan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

 09:55 22.03.2021     762

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Redaktor.az-ın məlumatına görə, bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.