"Sinovac" peyvəndi uşaqlara ziyandır? - HƏRARƏTLƏRİ YÜKSƏLDİ VƏ...

 14:55 23.03.2021     337

Çinin "Sinovac" şirkətinin koronavirus əleyhinə hazırladığı "CoronaVac" peyvəndinin 3-17 yaş arasında olan uşaqlarda ciddi fəsadlar yaradıb-yaratmadığı araşdırılıb.

Redaktor.az xəbər verir ki, şirkətin tibb direktoru Ginq Zinq açıqlamasında 550-dən çox insanın cəlb olunduğu sınağın nəticəsinin qənaətbəxş olduğunu bildirib. Zinq peyvəndin 3-17 yaş arasında olan uşaqlara təsirli və təhlükəsiz olduğunu qeyd edib.

3 və 6 yaşlı iki uşaqda yüksək hərarət müşahidə olunub. 

Qeyd edək ki, Çində də daxil olmaqla dünyada 70 milyondan çox "Sinovac" peyvəndi tətbiq olunub. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Sinovac" peyvəndinin təcili istifadəsi üçün mart ayının sonuna qədər təsdiq qərarı veriləcəyini açıqlayıb.

Orxan İsmayıl / Redaktor.az