Azərbaycanda yoluxanların sayı 1300-ü keçdi - COVID-19

 19:10 23.03.2021     712

Azərbaycanda koronavirusa 1333 yeni yoluxma qeydə alınıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, virusa yoluxmuş 269 nəfər müalicə olunaraq sağalıb, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248,307 nəfər koronavirusa yoluxub, onlardan 233,356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 115,67 nəfərdir.

2