Koronavirusla bağlı Azərbaycanda ÇOX PİS XƏBƏR - AZ ÖNCƏ AÇIQLANDI VƏ...

“Koronavirusla bağlı vəziyyət bu dəfə daha ciddidir. Bunu bu virusdan qohumlarını, tanışlarını itirmiş həkim kimi deyirəm”.
Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev paylaşıb.O, insanları daha ehtiyatlı olmağa çağırıb.
"Virus çox sürətlə yayılır, müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir, ildırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm halları ehtimalı çoxdur".
Aydın Əliyev virusdan qorunmaq üçün diqqət etməli olduğumuz məsələlərdən də danışıb:
"Açıq havada ən azı 1 metr, qapalı məkanlarda 1,5 metr məsafə saxlayaq. Bəzən müşahidə edirəm ki, sanki insanlar bir-birinin ağzının içinə girir. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək, burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək.
Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya edək. İnsanların sıx toplaşdığı məkanlardan uzaq duraq, digərlərini də buna təşviq edək. Yoluxma sayı azalana qədər ad günlərindən, toylardan və digər tədbirlərdən çəkinək”.
Qeyd edək ki, bu gün virusa 1429 nəfər yoluxub, 17 nəfər vəfat edib.