Azərbaycanda vaksinasiyadan keçənlərin SAYI

Martın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 427 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510 420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.