"COVAX Azərbaycana verdiyi sözü tutmadı" - REPORTAJ

 23:28 26.03.2021     228

Türkiyənin nüfuzlu “Haber Global” media şirkəti vaksinlərin tədarükündə Azərbaycanın üzləşdiyi ədalətsizliklə bağlı reportaj hazırlayıb.  

Redaktor.az-ın məlumatına görə, reportajda bildirilir ki, Azərbaycan COVAX proqramına üzv olan ilk ölkələrdən biri olsa da, onun qarşısında olan öhdəliklər yerinə yetirilməyib və söz verilən peyvəndlər hələ də göndərilməyib.

Videomaterialda eyni bölgədə yerləşən qonşu Gürcüstanın martın 13-dən etibarən “Biontech/Pfizer” və “AstraZeneca” vaksinlərilə təmin olunduğu, Azərbaycana münasibətdə isə ayrı-seçkilik edildiyi bildirilib.

Reportajda Prezident İlham Əliyevin fikirlərinə də yer verilib.

“Biz “AstraZeneca” peyvəndini çoxdan almalıydıq, almadıq. Bir neçə aydır ala bilmirik. COVAX vasitəsilə “Pfizer” və “Moderna” vaksinlərini almalı idik, ala bilmədik. Onları nə vaxt alacağımızı belə demirlər”, - deyə dövlət başçısı bəyan edib.  

Reportajın müəllifləri bildirirlər ki, Azərbaycan dünyada koronavirusla mübarizədə ön cərgədə yer almaqdadır. BMT-nin mövzu ilə bağlı konfransı məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub. Bununla yanaşı, ölkəmiz ÜST-ə 10 milyon dollar həcmində yardım edib.

Daha ətraflı “Haber Global”ın reportajında: