Azərbaycanda peyvənd olunanların SAYI

 14:18 28.03.2021     2398

Martın 27-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18,772 nəfər vaksinasiya olunub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib.

"Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir", - məlumatda qeyd olunub.