SON DƏQİQƏ: Azərbaycanda yoluxanların sayı 1800-ü keçdi - 27 NƏFƏR ÖLÜB

 14:44 28.03.2021     2126

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib, 16 559  aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.

2