ÜST Uhan missiyasının yekun hesabatını sabah dərc edəcək

 18:23 29.03.2021     79

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini müəyyənləşdirməli olan mütəxəssislərin Uhana missiyasının yekunları barədə hesabatı martın 30-da dərc edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreisus məlumat verib.

Onun sözlərinə görə, ÜST martın 27-28-də artıq missiyadan SARS-CoV-2 virusunun mənbələri barədə tam hesabat alıb.

Amma müvafiq hesabat ÜST-yə üzv iki ölkənin istəyi ilə embarqo altında hazırlanıb.

Qebreisus qeyd edib ki, martın 30-da bu dövlətlərlə brifinq təşkil ediləcək və bundan sonra müvafiq hesabat ÜST saytında dərc olunacaq.

Hesabat dərc edildikdən sonra mətbuat konfransı da keçiriləcək. //Report